Lukaşenko: Qərbin məqsədi Rusiya və Çini rəqiblərindən uzaqlaşdırmaqdırbackend

Lukaşenko: Qərbin məqsədi Rusiya və Çini rəqiblərindən uzaqlaşdırmaqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin məqsədi Rusiya və Çini rəqiblərindən uzaqlaşdırmaqdır. Ukraynada baş verənlər buna birbaşa sübutdur”.

Editor.az xəbər verir ki bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko dövlət təhlükəsizlik qurumlarının rəhbərləri ilə keçirdiyi görüşdə deyib.

Lukaşenko Qərbin Belarusda 2020-ci il prezident seçkilərindən sonra ölkənin siyasi xəttini dəyişdirmək səylərini onun regionda təsir dairələrini yenidən bölüşdürmək cəhdinin sübutu kimi qiymətləndirib.

Lukaşenko bildirib ki, Avropada enerji qiymətlərindəki dalğalanmalar fonunda Belarus Rusiyadan enerji təchizatını Rusiya istehlakçıları ilə eyni qiymətə alacaq:

“Rusiyada istehsal etdiyimiz hər şeyə, yüngül sənayeyə, neft emalı zavoduna, neft-kimya məhsullarına ehtiyac olacaq. İstehsal etdiyimiz hər şey nəhəng Rusiya və Çin bazarında lazım olacaq. Sanksiyalar səbəbiylə Rusiya və Çinlə ticarətimiz artacaq. Bu iki ölkənin valyutalarına Belarusda daha çox tələbat olacaq”.

//Gülnarə Abasova, Editor.az