Lukaşenko silahlanırbackend

Lukaşenko silahlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Rusiyadan “İskəndər” və S-400 raket sistemləri alıb. O, alınan silahların sayını açıqlamasa da, qeyd edib ki, nə qədər lazımdırsa, o qədər alınıb.

Editor.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinlə görüşdə deyib. “Biz Putinlə razılaşdıq. Biz səndən bu İskəndərlərin sayını, bizə lazım olan S-400-ləri aldıq, ordumuzu silahlandırdıq. İndi ordumu bu cür silahlarla bambaşqadır. Bu silahlar mdöyüş əməliyyatları zamanı böyük ziyan vura bilər”. Fevral ayında Lukaşenko Belarus ərazisində Rusiyanın “İskəndər”lərini və S-400-lərin “bir neçə divizionunu” yerləşdirmək istədiyini söyləmişdi.

Daha sonra o, Rusiyanın raket istehsalı sahəsində ölkəsinə kömək edəcəyini bildirib. Onun sözlərinə görə, Belarusda “İsgəndər” tipli sistemlərin istehsalına başlamaq planlaşdırılır.

Editor.az