Lukaşenko: “Üçüncü Dünya Müharibəsindən qorxmaq üçün ciddi əsaslar var”backend

Lukaşenko: “Üçüncü Dünya Müharibəsindən qorxmaq üçün ciddi əsaslar var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçüncü Dünya Müharibəsi ehtimalı ilə bağlı qorxular əsassız deyil”.

Editor.az “BelTA”ya istinadla xəbər verir ki,
bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, son illər Birinci və İkinci Dünya Müharibələrinin dərsləri unudulmağa başlayıb, siyasi problemlərin həllində yenidən silahın gücü əsas arqumentə çevrilib. Onun sözlərinə görə, belə bir vəziyyətdə özünü tam təhlükəsiz hiss edəcək ölkə yoxdur.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski münaqişəni dayandırmaq və üçüncü dünya müharibəsinin qarşısını almaq üçün Ukraynaya silah təhvilinin zəruri olduğunu demişdi. Onun sözlərinə görə, Kiyevə yardım müharibənin başqa ölkələrə yayılmasının qarşısını alacaq.

//Gülnarə Abasova, Editor.az