Lukaşenko yalnız bu halda hakimiyyətdən imtina edə bilərbackend

Lukaşenko yalnız bu halda hakimiyyətdən imtina edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko ölümlə üzləşmək halında taxtdan imtina edə bilər.

Editor.az bildirir ki, bunu BYPOL Təhlükəsizlik Qüvvələri İttifaqının rəhbəri və Belarus Birləşmiş Keçid Kabinetinin üzvü Aleksandr Azarov bildirib. Onun sözlərinə görə, Lukaşenko dəfələrlə bəyan edib ki, hakimiyyətdən könüllü getməyəcək. Onun yeni demokratik seçkilərlə razılaşacağına və getməyə qərar verdiyini deyəcəyinə inanmaq mümkün deyil.

Azarov vurğulayıb ki, Lukaşenko tribunalda cəzalandırılmalıdır: “Onuun atıq “bitdiyini” başa düşməsi üçün bəzi şərtlər də var. Məsələn, hakimiyyətdə qalmayacağını və həyatını qurtara bilməyəcəyini anladıqda. Bu zaman o, ona və ailəsinə təhlükəsizlik zəmanəti vermək və başqa yerə köçmək şərti ilə demokratik seçkilər keçirmək üçün danışıqlar apara bilər. Lukaşenko harasa, ola bilsin Birləşmiş Ərəb Əmirliklərinə gedəcək və könüllü olaraq hakimiyyətdən əl çəkəcək”, – deyə Azarov əlavə edib

 //Samir Qurbanov,Editor.az