“Ermənistanla Azərbaycan arasında münaqişə bitib”.
Editor.az teleqraf.com-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Ermənistanla Azərbaycan arasında münaqişə başa çatıb. İndi gələcəyi – orada iki dövlətin həyatını necə təşkil edəcəyimiz barədə düşünməliyik. Bəllidir ki, orada problemlər bir deyil, iki deyil, üç-beş ildə yığılıb, bunlar çoxdankı ağrılı məqamlardır, amma bunlarla bağlı müsbət irəliləyiş var”, – Belarus lideri bildirib.

