Editor.az xəbər verir ki, bu barədə “BELTA” məlumat yayıb.
Telekanalın məlumatına görə, dövlət başçıları Qazaxıstandakı vəziyyətlə bağlı məsləhətləşmələr aparıblar.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan bütün ölkələrin liderlərinin daim təmasda olduğu vurğulanıb.
Qazaxıstanda etirazlar yanvarın 2-də avtomobillər üçün maye qazın litrinin qiymətinin 60 təngədən 120 təngəyə (10-dan 20 rubla) qalxmasından sonra başlayıb. Tezliklə iqtisadi tələblər siyasi tələblərlə əvəz olunub: hökumətin istefası, yeni seçkilərin keçirilməsi, keçmiş prezident Nursultan Nazarbayevin yaxınlarının hakimiyyətdən uzaqlaşdırılması.
Publika.az

