Lukaşenkonun cangüdəni öldü – Zəhərləyiblər?backend

Lukaşenkonun cangüdəni öldü – Zəhərləyiblər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarda Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri zamanı zəhərləndiyi ehtimal edilən Belarus prezidenti Aleksandr Lukaşenkonun təhlükəsizlik əməkdaşı ölüb.

Editor.az publika.az-a istinadən xəbər verir ki, bu məlumatı Belarus liderinin ətrafındakı iki mənbə təsdiqləyib. “Kremlevskaya tabakerka” teleqram kanallarının məlumatına görə, Lukaşenkonun Sankt-Peterburqa səfəri zamanı onun mühafizəçilərindən biri xəstələnib və təcili olaraq Minskə göndərilib. Belarus paytaxtında mühafizəçiyə ağır metaldan – talliumdan zəhərlənmə diaqnozu qoyulduğu iddia edilir.

“Belarus bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lukaşenkonun özünün reaksiyası hələ ki, məlum deyil”, – telekanal vurğulayır.