Lukaşenkonun çıxışı Ermənistanda niyə etirazla qarşılandı?: “Üçüncü dövlət prosesə qoşulmamalıdır”  backend

Lukaşenkonun çıxışı Ermənistanda niyə etirazla qarşılandı?: “Üçüncü dövlət prosesə qoşulmamalıdır”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT-nin baş katibi Stanislav Zas ilə görüşündə bildirib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin həlli yalnız sülh yolu ilə təmin olunmalıdır. Regionda müharibə yolverilməzdir. A.Lukaşenkonun bu çıxışı Ermənistan mətbuatında kəskin etirazla qarşılanıb.

Məsələyə münasibət bildirən AĞ Partiya başqanı Tural Abbaslı  Editor.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin necə sonlandırılacağının qıraqdan diqtə olunmasının tərəfdarı deyil:

“Çünki bu günə qədər bizə diktə edilirdi ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi həlli yoxdur. Yalnız sülh danışıqları ilə həll oluna bilər. Bu fikirlər isə 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında olması, insanların öz yurd-yuvalarından uzaq qalmasına səbəb oldu. Azərbaycan və Ermənistan arasındakı məsələləri nə Lukaşenko, nə də digəriləri həll etməyəcək. Bu mövzuya 3-cü , 4-cü dövlətlərin qoşulması yalnız prosesin daha da uzanıb, dalana dirənməsinə səbəb olacaq. Münaqişənin regional məsələ kimi həllinin tərəfdarıyam. Burada Fransa, Amerika və Rusiyanın da iştirakını məqbul hesab etmirəm”.

Tural Abbaslının sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan müharibə və sonrakı dövrlərdə müxtəlif formatlarda KTMT-ni münaqişəyə cəlb etməyə çalışıb:

“Amma bu istədiyi nəticəni verməyib. Bunun baş verməməsi üçün Azərbaycan da əlindən gələni edib. Çünki Azərbaycanın da marağında deyil ki, KTMT Ermənistan tərəfindən çıxış edərək rəsmi Bakıya qarşı çıxsın. KTMT-də təmsil olunan ölkələrin ən azı 3-ü türk dövlətləridir. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın prezidenti İlham Əliyevin yürütdüyü “Turan” siyasəti də var. Həmin siyasət çərçivəsində türk dövlətləri də öz aralarında xeyli yaxınlaşıblar. Bu kontekstdə Ermənistanın Azərbaycan əleyhinə KTMT-dən istifadə etməsi inandırıcı deyil. Bu məsələ Azərbaycanın maraqlarına uyğun şəkildə tezliklə həllini tapmalıdır ki, inkişaf prosesi yubanmasın”.

//Safura Bənnayeva, Editor.az