Lukaşenkonun doğum gününü qeyd edən Putin: Rusiya və Belarus bütün çətinlikləri birlikdə dəf edəcək qədər güclüdürbackend

Lukaşenkonun doğum gününü qeyd edən Putin: Rusiya və Belarus bütün çətinlikləri birlikdə dəf edəcək qədər güclüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya və Belarus birgə səylərlə istənilən çətinliyin öhdəsindən gələ bilərlər.

Editor.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu barədə 69 yaşı tamam olan Belarus prezidenti Aleksandr Lukaşenkoya ünvanladığı təbrik məktubunda deyib. Daha sonra iki lider arasında telefon danışığı da olub. Kremlin bəyanatına görə Rusiya liderinin mesajında ​​”Cənab Aleksandr Qriqoryeviç, sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Siz uzun illərdir ki, qardaş Belarus xalqının rifahı üçün yorulmadan çalışırsınız və ölkələrimiz arasında dostluq münasibətlərinin bütün aspektlərdə inkişafı üçün ardıcıl xətt izləyirik. Aramızda yaradılmış qarşılıqlı anlaşmaya səmimiyyətlə yüksək qiymətləndirirəm”,-sözləri yer alıb.

Putin iki ölkənin birgə səylər sayəsində istənilən çətinliklərin öhdəsindən gələcəyinə və çoxtərəfli əməkdaşlığın, o cümlədən Rusiya-Belarus İttifaqı dövləti formatında daha da genişlənməsini təmin edəcəyinə əmin olduğunu vurğulayıb. Mesajının sonunda Putin Belarus liderinə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və dövlət işlərində uğurlar arzulayıb.

//Gülnarə Abasova, Editor.az