“Lukoyl” “Dostluq” yatağının birgə işlənməsində iştirak edəcəkbackend

“Lukoyl” “Dostluq” yatağının birgə işlənməsində iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Lukoyl” neft şirkəti “Dostluq” yatağının birgə işlənməsi layihəsində iştirak edəcək.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu şirkətin rəhbəri Vahid Ələkbərov Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı deyib.

“Lukoyl” rəhbəri bildirib ki, paralel olaraq yeni yataqların axtarış işləri aparılacaq.

Türkmənistan prezidenti “Lukoyl”un layihədə iştirak qərarını alqışladığını və konkret investisiya təkliflərini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, ötən ay Azərbaycanla Türkmənistan arasında əldə olunmuş razılaşmaya əsasən Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanmışdı.

Memorandumun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilmişdi.