Lüksemburqun Böyük Hersoqu Prezident İlham Əliyevə təbrik ünvanlayıbbackend

Lüksemburqun Böyük Hersoqu Prezident İlham Əliyevə təbrik ünvanlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lüksemburqun Böyük Hersoqu Anri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə şəxsi rifah, Azərbaycan xalqına isə firavanlıq və xoşbəxtlik arzulayıram”.