Lüksemburqun XİN başçısı: “Rusiyaya müddətsiz sanksiyalar tətbiq edə bilmərik”backend

Lüksemburqun XİN başçısı: “Rusiyaya müddətsiz sanksiyalar tətbiq edə bilmərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyaya qarşı sanksiyalar əbədi olaraq tətbiq edilə bilməz, nə vaxtsa diplomatiyaya keçmək lazım gələcək. Amma vaxt hələ çatmayıb”.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Lüksemburqun xarici işlər naziri Jan Asselborn AB xarici işlər nazirləri toplantısından əvvəl verdiyi açıqlamasında deyib.

AB-nin Ukrayna münaqişəsini sona çatdırmaq və gələcəkdə həll yollarını tapması lazım olduğunu ifadə edən Asselborn, sanksiyaların üzv ölkələrə təsir etdiyinə diqqət çəkərək Fransa və Almaniyaya təbii qaz nəqlinin dayandırılmasının “böyük problem” olduğunu da bildirib.

//Gülnarə Abasova, Editor.az