Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampa zəng edərək, Amerika mallarına tətbiq edilən rüsumların yenidən nəzərdən keçirilməsini müzakirə etməyi planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kanalın mənbələrinin bildirdiyinə görə, Lula da Silva Braziliya mallarına tətbiq edilən tariflərə yenidən baxılması istiqamətində danışıqları sürətləndirmək üçün Trampa təzyiq göstərməyi nəzərdə tutur.
Xatırladaq ki, noyabrın 12-də Tramp qiymət artımı fonunda qəhvəyə tətbiq olunan tariflərin azaldılacağını bəyan etmişdi. Bu ilin iyul ayında ABŞ Braziliya, Vyetnam və Kolumbiyadan idxal edilən qəhvəyə əlavə rüsumlar tətbiq etmişdi ki, bu da avqustda pərakəndə qəhvə qiymətlərinin təxminən 21 faiz bahalaşmasına səbəb olmuşdu.
Məlumata görə, oktyabrın 16-da Braziliyanın xarici işlər naziri Mauro Vieyra ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Görüş zamanı ABŞ-ın Braziliya mallarına tətbiq etdiyi rüsumlar da müzakirə mövzularından biri olub.
// Gülnarə Abasova, Editor.az

