“Luqansk və Donetskin sərhədləri…” – Separatçı Ukraynanı hədələdibackend

“Luqansk və Donetskin sərhədləri…” – Separatçı Ukraynanı hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Donetsk və Luqansk respublikalarının (qondarma DNR və LNR) sərhədləri məsələsi sonradan həll olunacaq, biz öz-özümüzün qabağına keçməməliyik”.

Editor.az teleqraf.com-a istinadən bildirir ki, bunu Donetsk separatçılarının başçısı Denis Puşilin deyib.

Onun sözlərinə görə, qondarma DNR-in sərhədləri Donetsk vilayəti daxilində müəyyən ediləcək.

“Donetsk Xalq Respublikasının və Luqansk Xalq Respublikasının konstitusiyalarında Donetsk və Luqanskın sərhədləri göstərilib. Bundan sonrakı addımları isə zaman göstərəcək”, – Puşilin qeyd edib.

Qeyd edək ki, 2014-cü ildə işğal edilmiş Donetsk və Luqansk bölgələrinin bir hissəsinə Ukrayna ordusu nəzarət edir. ABŞ və İngiltərə bölgələrin qalan hissələrini də, işğal etmək üçün Rusiyanın yaxın vaxtlarda həmin ərazilərə ordu yeridəcəyini bildirirlər.