Luqansk vilayəti ərazisinin 80%-i Rusiyanın nəzarətinə keçib.
Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir. Vilayətin rəhbəri Segey Qaydayın sölərinə görə, “görünür ki, Rusiya, bununla da dayanmaq niyyətində deyil və hərəkəti davam etdirəcəklər”. “Bizim vəziyyətimiz çox ciddidir. Luqansk vilayətinin bütün ərazisi atəşə tutulur. Təhlükəsiz şəhər yoxdur. Biz başa düşürük ki, Rusiya irəliləyir və yoluna çıxan hər şeyi məhv etmək niyyətindədir.
Bizim isə gücümüz ona çatır ki, imkan daxilində hamını təxliyə edək” – Qayday deyib. Beləliklə, vilayət rəhbəri döyüşlərin şiddətləndiyi bir vaxtda dinc sakinləri Ukraynanın şərq bölgəsini tərk etməyə çağırıb. Onun sözlərinə görə, müharibədən əvvəl Luqansk vilayətində yaşayan 350 min nəfərlik əhalinin indi cəmi 70 mini buradadır.

