Luqansk vilayətinin 95 %-i rusların nəzarətindədirbackend

Luqansk vilayətinin 95 %-i rusların nəzarətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, hazırda bölgə ərazisinin 95%-i işğal olunub. Donbassda vəziyyət son dərəcə pisdir.

Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir. Vilayət rəhbərinin sözlərinə görə, “Luqansk vilayətinin ərazisinin 95%-i işğal olunub, Donbasda vəziyyət çox pisdir. Luqansk vilayəti yaşayış məntəqələrimizi dağıdan qoşunun qarşısını kəsməkdə davam edir. Lakin atışma dayanmır”. Qayday bildirb ki, Lisiçansk-Baxmut avtomobil yolu atəş altındadır. Mayın 24-də işğalçılar burada öz postlarını qurmağa nail olsalar da, mayın 25-də yol açıldı və humanitar yardımlar çatdırıldı.

Qaydav onu əlavə edib ki, Severodonetsk mühasirəyə alınmayıb, icmanın şəhər və kəndlərində 15 minə qədər sakin qalıb. Ümumilikdə, Luqansk vilayətində ukraynalı müdafiəçilərin nəzarətində olan 40 mindən çox əhali var və onların da 99%-i bölgəni tərk etmək istəmir.

Editor.az