Luqansk vilayətinin işğal altında olan Sorokino (keçmiş Krasnodon) şəhərində güclü partlayış baş verib. Qeyri-rəsmi məlumata görə, işğalçıların silah-sursat anbarı vurulub.
Editor.az xəbər verir ki, partlayış “Yunost” zavodunun ərazisində və ya onun yaxınlığında baş verib. Donbassın işğal olunmuş hissəsindəki vəziyyəti işıqlandırmaq üzrə ixtisaslaşan ukraynalı jurnalist Denis Kazanski Rusiyanın silah-sursat anbarını vurmasından bəhs edib. “Yunost zavodunun silah-sursat anbarlarına raketlər düşüb.
Bütün şəhər partlayışlardan titrəyir. Hərbi texnika partlayır. Məktəblərin boşaldılması elan edilib”, – deyə o, öz Telegram kanalında yazıb. Zavod partlayışlar nəticəsində dağılıb. Raket zərbələrindən sonrakı ilk dəqiqələrin videoları da internetdə yayılıb.
//Samir Qurbanov, Editor.az