Luqanskda əhali Ukrayna bayraqları ilə silahlı rus hərbçilərinə qarşı etiraza başlayıb-VİDEObackend

Luqanskda əhali Ukrayna bayraqları ilə silahlı rus hərbçilərinə qarşı etiraza başlayıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın müxtəlif şəhərlərini nəzarətə götürən rus silahlı qüvvələri getdikləri yerlərdə əhalinin ciddi etirazı ilə qarşılaşır. Editor.az Ukraynanın “Teleqraf” agentliyinə istinadən xəbər verir ki, Luqansk vilayətinin Novopskovsk kəndinin sakinləri rus hərbçilərinin qarşısına Ukrayna bayraqları ilə çıxaraq kəndin işğalına qarşı çıxıblar. Kəndlilərin etirazını əks etdirən videonu Daxili İşlər Nazirinin müşaviri Anton Geraşenko öz “Teleqram” hesabında yayıb.

Görüntülərdə Novopskovsk sakinləri dövlət bayraqlarını dalğalandıraraq hərbiçiləri kənddən qovmağa çalışıblar. Rus əsgərləri isə əllərində pulemyot hadisələri sadəcə müşahidə ediblər.

//Fərrux, Editor.az