Mayın 20-də müvəqqəti olaraq işğal olunmuş Luqanskda rus işğalçılarının hərbi baza kimi istifadə etdiyi universitetin ərazisi hücuma məruz qalıb.
Editor.az bildirir ki, bu barədə mayın 20-də Luqansk VHA-nın rəhbəri Artem Lisoqor və “Donbass.Realii” məlumat verib: “Luqanskın ətrafındakı Yubileynı kəndindəki Rusiya bazasına daha bir uğurlu raket zərbəsi endirilməsi məlum olub. 2014-cü ilə qədər burada Daxili İşlər Akademiyası fəaliyyət göstərirdi”, – Lisoqor yazdı. O vurğulayıb ki, işğalçılar dinc əhalinin arxasında gizlənir və öz bazalarını yaşayış binaları arasında yerləşdirirlər: “Biz döyüşçülərimizi “uğurlu ov” münasibətilə təbrik edirik.
Həmçinin dəqiq koordinatlara görə xalqımıza minnətdarıq”, – VHA rəhbəri əlavə edib.
//Samir Qurbanov, Editor.az

