Səudiyyə Ərəbistanın “Əl-Tavon” klubunda icarə əsasında oynayan Türkiyə nəhəngi “Qalatasaray”ın oyunçusu Kristian Luyindamanın evinə hücum olub.
Editor.az “sporx” a istinadən xəbər verir ki, hücuma səbəb onun milli komandada zəif çıxış etməsi olub. Azerkeşlər Konqo Demokratik Respublikasının futbol üzrə milli komandasının Mərakeş milli komandasına 4:1 məğlub olaraq Qətərdə keçirilən Dünya Çempionatından kənarda qalmasının səbəbi Luyindamanın buraxdığı səhflərdə görüblər.
Hücum zamanı evdə yalnız Luyindamanın xanımı olub. Hadisə şahidlərnin verdiyi məlumata görə, evə ciddi ziyan dəyib.
//Nəzərbəy Hacıağayev, Editor.az

