Lvova PUA hücumu edilibbackend

Lvova PUA hücumu edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 19-da səhər saatlarında Ukraynanın Lvov şəhərinə PUA hücumu nəticəsində silsilə güclü partlayışlar baş verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Lvov meri Andrey Sadovin bu haqda məlumat verib.

Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, hava hücumu xəbərdarlığı bölgədə saat 03:40-da elan edilib və təxminən 2,5 saat davam edib.

İlkin məlumata görə, “Şahed” tipli 18 kamikadze pilotsuz uçan aparat Lvov vilayəti istiqamətində uçuşlar həyata keçirib. Onlardan 15-i vurulub. Yeddisi birbaşa Lvov vilayətinin hava məkanında vurulub. Məlumata görə, humanitar yardım dolu anbarlara zərər dəyib. Hadisə yerində xilasedicilər işləyir.

//Safura Bənnayeva, Editor.az