Lvovda kritik sammit: Görüşün əsas məqsədi Putin və Zelenskini bir araya gətirməkdirbackend

Lvovda kritik sammit: Görüşün əsas məqsədi Putin və Zelenskini bir araya gətirməkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynaya kritik səfər edir. Bu gün Lvovda gözlənilməz sammitdə BMT-nin baş katibi Quterreş və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək Ərdoğanın çantasında kritik sənədlər var. Prezident Ərdoğan müharibənin başladığı 24 fevraldan bəri Türkiyənin ev sahibliyi etdiyi Rusiya və Ukrayna liderlərini bir araya gətirməyin yollarını axtarır.

Editor.az xarici mediaya istinadən bildirir ki, NATO üzvü Türkiyənin Ukrayna və Rusiya arasındakı gərgin diplomatiyası Ankaranı qlobal platformada sülh axtarışında əsas paytaxta çevirib. Türkiyə altı aydır davam edən müharibəni tez bir zamanda bitirmək üçün mart ayında Rusiya və Ukrayna xarici işlər nazirlərini Antalyada bir araya gətirdi, daha sonra İstanbulda atəşkəs danışıqlarına başladı, lakin danışıqlar nəticəsiz qaldı. Ərdoğanın gündəmində danışıqları davam etdirmək istəyi ilə liderlər səviyyəsində danışıqlar mövzusunun yer alması nəzərdə tutulur.

Ərdoğanın səfəri zamanı taxıl dəhlizi xüsusi yer tutacaq. Türkiyənin asanlaşdırıcı rolu və BMT-nin rəhbərliyi ilə açılan dəhliz Qara dəniz limanlarında gözləyən taxılın qlobal bazarlara axınını təmin edir. Dəhlizin açılmasında Türkiyənin izlədiyi diplomatik üsul tərəfləri sülh prosesinə cəlb etmək baxımından da beynəlxalq ictimaiyyət tərəfindən əhəmiyyətli hesab edilib. Tərəflərin razılığı ilə avqustun 1-dən fəaliyyətə başlayan taxıl dəhlizinin işinə liderlər tərəfindən baxılacağı gözlənilir.

//Safura Bənnayeva, Editor.az