Lvovda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb – FOTObackend

Lvovda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada fəaliyyət göstərən Lvov Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə adıçəkilən şəhərdə Xocalı soyqırımının ildönümünə həsr olunan “Onlar əbədi bizim yaddaşımızdadırlar” adlı anım mərasimi keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbirə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, bu ölkənin müxtəlif vilayətlərindən gələn diaspor nümayəndələri, Lvov Şəhər Sovetinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və hərbçilər qatılıblar.

Lvov Azərbaycanlıları Konqresinin nümayəndəsi Şəhriyar Məhərrəmov Xocalı qırğını barədə təqdimatla çıxış edib.

O, təmsilçisi olduğu təşkilatın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müxtəlif ölkələrdə aparılan “Xocalıya ədalət” kampaniyasında və bu kimi tədbirlərdə yaxından iştirak etdiyini bildirib və gələcəkdə də bunun davam etdiriiləcəyini söyləyib.

Azərbaycan səfirliyinin ikinci katibi Vilayət Şükürzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayı ilə birgə Xocalı şəhərinin yerlə-yeksan etdiyini diqqətə çatdırıb. O bildirib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Ötən əsrin 80-ci illərin sonunda sovet ordusunun tərkibində Azərbaycanda xidmət etmiş ehtiyatda olan general-polkovnik İvan Poloxotnyuk xatirələrini bölüşüb. O, erməni silahlılarının azərbaycanlılara necə qənim kəsildiyinin şahidi olduğunu vurğulayıb. Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik edən general-polkovnik Ukraynanın da öz ərazi bütövlüyü uğrunda qələbəsinə əmin olduğunu bildirib.

İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov isə Xocalı soyqırımı və Azərbaycan həqiqətləri ilə bağlı Ukrayna ictimaiyyətinin yaxından tanış olduğunu vurğulayıb. Hazırda Ukraynada gedən genişmiqyaslı müharibə fonunda Ukrayna xalqının Azərbaycanın yaxın tarixində baş vermiş hadisələrə maraq göstərdiyini söyləyib.

Lvovda Xocalı soyqırımı ilə bağlı sərgi də keçirilib.