Məhşur aktrisa haqqında təhqir yazanlarla bağlı Respublika Prokurorluğuna müraciət edibbackend

Məhşur aktrisa haqqında təhqir yazanlarla bağlı Respublika Prokurorluğuna müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yalı Çapkını serialı ilə böyük şöhrət qazanan aktrisa Afra Saraçoğlu haqqında deyilən mənfi fikirlərə qarşı hərəkətə keçib.

Editor.az xəbər verir ki, bu barədə aktrisanın əməkdaşlıq etdiyi menecerlik şirkəti açıqlama verib.

Açıqlamada Afra Saraçoğlunun ünvanına təhqiramiz rəy yazanların müəyyən edilərək şikayət edildiyi deyilir:

“Son vaxtlar Afra Saraçoğlu ilə bağlı artan kin və nifrət çıxışları, təhqir və böhtanlar yaxından izlənilir. Aşkar edilmiş hesablarla bağlı Respublika Prokurorluğuna lazımi müraciətlər edilib və proseslər tərəfimizdən ciddi şəkildə izləniləcək.”

Qeyd edək ki, Afra Saraçoğlu məsələ ilə bağlı heç bir açıqlama verməyib.

//Samir Qurbanov, Editor.az