Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının rəyasət heyətinin fəxri sədri, Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Beynəlxalq Siyasət Fakültəsinin elmi direktoru, məşhur politoloq Sergey Karaqanov Yelena Çernenko ilə söhbətində bildirib ki, nüvə silahı “Hər şeydən əvvəl, sülh və müharibənin qarşısının alınması silahıdır”: “Bir çox onilliklər ərzində o (nüvə silahı) bizə məhz bu şəkildə xidmət edib.
Amma sonra bizə belə yanaşmalar və formasiyalar tətbiq olundu ki, bu da bütün dünyada qeyri-nüvə təcavüzlərinə yol açdı. 1990-cı illərdə SSRİ və ABŞ liderləri (Mixail Qorbaçov və Ronald Reyqan) ilk dəfə bu ifadəyə imza atdıqdan qısa müddət sonra bu həm də NATO-nun genişlənməsinə yol açdı. Çünki Rusiya faktiki olaraq xarici siyasət aləti nüvə amilindən tamamilə imtina etdi. Bu cinayət idi”, – deyə Karaqanov bildirib.
O, həmçinin Ukraynanın Rusiyanın dərinliklərində mümkün hücumlarına cavab olaraq Qərb ölkələrinin ərazisinə zərbə endirməyi zəruri hesab edib.
Onun sözlərinə görə, ilk belə zərbələr qeyri-nüvə silahı ilə olmalıdır. Ancaq bu istənilən effekti verməzsə davam etmək lazımdır: ‘Mən başa düşürəm ki, qaçılmaz olaraq günahsız insanların ölümünə səbəb olacaq nüvə silahından istifadə etmək qərarı dəhşətli addımdır. Ancaq nüvə silahına sahib olmaq və düşməni onlardan istifadə etməyə hazır olduğuna inandıra bilməmək, intihardır”.
//Samir Qurbanov, Editor.az