M.Yefrosinina: Ukraynada cinsi zorakılıq törədən “leşlər” cəzlandırılmalıdır!backend

M.Yefrosinina: Ukraynada cinsi zorakılıq törədən “leşlər” cəzlandırılmalıdır!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada cinsi zorakılıq törədən işğalçıların cəzalandırılması üçün, cinayət qurbanları bu barədə məlumat verməlidirlər.

Ukraynalı teleaparıcı, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Ukraynadakı ilk fəxri səfiri Maşa Yefrosinina “İnstaqram”da qurbanları “bu leşlərin məhv edilməsinə kömək etməyə” çağırıb.

“Mən işğalçıların cinsi zorakılığından əziyyət çəkən bütün qadınlara, qızlara, yeniyetmələrə müraciət edirəm: Mən bilirəm ki, siz varsınız və bilirəm ki, siz həyatınızda ən ağır faciədən keçib və keçməkdəsiniz. Ərlərinizi, doğmalarınızı itirmişiniz. Onu da bilirəm ki, indi Sizi istədiyiniz tək şey – ölməkdir” – Yefrosinina belə deyib.

Aparıcı xahiş edib ki, əclafların cəzalandırılmasına icazə versinlər. “…Bizə imkan verin ki, bu leşləri məhv edək. Ümid edirəm ki, onların əksəriyyəti… ordumuz tərəfindən artıq məhv edilib. Lakin sağ qalanlar da cəzalarını almalıdırlar. Sizdən mənə lazım olan tək şey budur ki, olanlar barədə məlumat verin…” – deyə Yefrosinina fikirlərini yekunlaşdırıb.