Maaşları ödənilməyən “İrəvan” klubunun futbolçuları bu addımı atdı – ŞOK!backend

Maaşları ödənilməyən “İrəvan” klubunun futbolçuları bu addımı atdı – ŞOK!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

I Liqada çıxış edən Qərbi Azərbaycan təmsilçisi “İrəvan” futbol klubunun oyunçularının hamısı bu gün məşqə çıxmayıb.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, klub futbolçuları 3 aydır, maaşlarını ala bilmədikləri üçün belə bir addım atmaq məcburiyyətində qalıb. Mövsümün əvvəlindən pulları ödənilməyən futbolçular dəfələrlə rəhbərliklə görüşsə də, maaşları ödənilməyib, lazimi idman ləvazımatları, idman geyimleri, tibbi ləvazimatlarla təmin edilməyib. Oyunçular maaşları ödənilmədiyi təqdirdə məşqləri “boykot” etməyə davam edəcəklər.

Qeyd edək ki, mövsümün əvvəlində komandaya güclü maliyyə dəstəyi ayrılacağı bildirilmişdi.

Hazırda “İrəvan” l Liqa klubları arasında turnir cədvəlinde vahid liderdir. Mövsümdə 4 qarşılaşma yaşamış klub 3 qalibiyyət və 1 heç-heçə edib. Ümumilikde 10 defe reqib qapılarına yol tapıb ve qapsını toxunulmaz saxlayıb.