Macarıstan Aİ-ni Ukraynaya kömək etmək üçün öz büdcəsindən deyil, xüsusi fonddan istifadə etməyə çağırıbbackend

Macarıstan Aİ-ni Ukraynaya kömək etmək üçün öz büdcəsindən deyil, xüsusi fonddan istifadə etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan təklif edir ki, Aİ ölkələri ümumi icma büdcəsini Ukraynaya maliyyə dəstəyi üçün xərcləməməli, bu məqsədlər üçün xüsusi fond yaratmalıdır.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Kossuth radio proqramında deyib.

O qeyd edib ki, avropalılar ciddi çətinliklər yaşayırlar. Əgər Ukraynaya pul lazımdırsa, Orban “ümumi Aİ vəsaitlərini” Kiyev üçün tranşlara xərcləməyərək hər bir ölkənin istədiyi təqdirdə töhfə verə biləcəyi dövlətlərarası fond yaratmaq təklifi ilə çıxış edib.

Noyabrın 27-də Orban Avropa Şurasının prezidenti Çarlz Mişel ilə Ukraynanın Aİ-yə daxil olması ilə bağlı gələcək danışıqları müzakirə edib. Görüş Avropa Birliyinin dekabrda keçiriləcək sammitinə hazırlıq çərçivəsində keçirilib. İclasda Avropa İttifaqı naziri Yanoş Bok da iştirak edib.

//Gülnarə Abasova, Editor.az