“Avropa İttifaqı (Aİ) administrasiyasının Macarıstanla görüşdən imtina etməsi və boykot təhlükəsi Budapeştin Ukraynadakı münaqişənin həlli üzrə öz sülh missiyasını dayandırmasına səbəb olmayacaq”.
Editor.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijjarto deyib.
XİN rəhbəri verdiyi açıqlamada Baş nazir Viktor Orbanın sülh missiyası çərçivəsində Moskva və Pekinə səfərlərindən sonra AB administrasiyasından aldıqları təhdidlərlə bağlı bu cür dəyərləndirmə edib: “Bu sülh missiyası başlayan kimi Avropadakı bütün müharibə tərəfdarı siyasətçilər sıçrayaraq bizi boykot edəcəkləri, bizimlə görüşməkdən imtina edəcəkləri və bizə məhəl qoymayacaqları ilə hədələdilər. Bilirsiniz, bu cür hücumlar bizi sülh missiyasını davam etdirməkdən çəkindirmir. Əksinə, bu, bizi Ukraynadakı bu müharibənin sülh yolu ilə həlli üçün daha çox iş görməyə təşviq edir”.
Orban rəhbərliyinin artıq bu cür hücumlara öyrəşdiyini qeyd edən Szijjarto sözlərini belə davam etdirib: “Biz vətənpərvər hökumətik, biz əsas hökumət deyilik, Avropa Birliyinin maliyyə sanksiyaları altındayıq. Ona görə də indidən daha çox bizi necə təhdid edə biləcəklərini anlamıram”.
//Gülnarə Abasova, Editor.az

