Macarıstan Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketinə veto qoymaq niyyətində deyil, baxmayaraq ki, Budapeşt bunu yanlış hesab edir.
Editor.az bildirir ki, bu sözləri Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşü zamanı deyib.
“13-cü sanksiyalar paketinin hazırlanması mərhələsində Macarıstanın iqtisadi maraqlarına zidd olan bütün elementləri ondan çıxarmaq mümkün idi. Ona görə də hesab edirik ki, bu nöqteyi-nəzərdən veto qoymağın mənası yoxdur”, – Siyarto vurğulayıb.
//Samir Qurbanov, Editor.az

