Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Avropa Birliyinin (Aİ) Ukraynaya 54 milyard avroluq yardım paketinə veto qoyduğunu açıqlayıb.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstan uzun müddətdir Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxıb, lakin buna veto qoymayıb.
Macarıstanın baş naziri Viktor Orban X sosial media platformasındakı paylaşımında Brüsseldə keçirilən sammitdə bir ölkə olaraq Aİ-nin Ukraynaya yeni maliyyə yardım paketini rədd etdiklərini bildirib. Beləliklə, Aİ-nin Ukraynaya 54 milyard avroluq yeni maliyyə yardımı paketi Macarıstan tərəfindən bloklanıb.
Aİ üzvləri Macarıstanın müxalif mövqeyini aşmağa çalışırdılar ki, Ukraynaya yeni maliyyə dəstəyi təsdiq olunsun və üzvlük danışıqları başlaya bilsin.
Orban administrasiyasını razı salmaq üçün Aİ Komissiyasının dekabrın 13-də verdiyi açıqlamada Macarıstanın Aİ-nin qaydaya əməl etməməsi ilə bağlı narahatlıqlarını həll etməməsi səbəbiylə keçən il dondurulan 10,2 milyard avroluq fondun olduğu bildirildi.
Aİ liderləri Ukraynaya yardımla bağlı danışıqların 2024-cü ilin əvvəlində yenidən başlayacağını bildiriblər. Aİ və ABŞ fondları Ukraynanın Rusiya ilə davam edən müharibəsində Kiyev administrasiyası üçün çox vacib olduğunu bildirib. Aİ liderlərinin Ukrayna və Moldova ilə üzvlük müzakirələrinə başlamaq və Gürcüstana namizəd statusu vermək qərarından qısa müddət sonra Orban maliyyə yardımının bloklandığını açıqlayıb.
Qeyd edək ki, Macarıstan uzun müddətdir, Ukraynanın üzvlüyünə qarşı çıxıb, lakin ona veto qoymurdu.
//Səbinə Hüseynli, Editor.az

