Macarıstan Avropa Birliyini dağıdırbackend

Macarıstan Avropa Birliyini dağıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Viktor Orbanın hökuməti, hazırda Aİ-yə sədrlik edən Danimarkanın 16 dekabrda Brüsseldə keçirilən məsləhətləşmələrdə elan etdiyi Ukraynanın Avropaya inteqrasiya səylərinin müsbət qiymətləndirilməsini dəstəkləməyib.

Danimarkanın Avropa üzrə naziri Mari Byerre qeyd edib ki, qalan Aİ üzv dövlətləri Ukraynanın Brüsselin tələblərini yerinə yetirməkdə irəliləyiş əldə etdiyini təsdiqləyiblər. Byerre deyib: “26 üzv dövlət Ukraynaya güclü dəstək nümayiş etdirir və Ukrayna öz vədlərini yerinə yetirir.” O, layihə bəyanatında Ukrayna ilə bağlı münasibətin ədalətli və mütənasib olduğunu iddia edib.
Almaniyanın Avropa üzrə naziri Günter Krixbaum Macarıstanın hərəkətlərini “getdikcə daha dağıdıcı” adlandırıb.

//Samir Qurbanov, Editor.az