Avropa İttifaqı ölkələrinin üçdə biri Ukraynanın təşkilata üzvlüyünə şübhə ilə yanaşır.
Editor.az Financial Times-a istinadla xəbər verir ki, bunu Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka deyib.
Dekabrın 11-də Macarıstanın xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Dmitri Kulebaya Avropa Komissiyasının Ukrayna ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq təklifinin hazırlanmadığını bildirib. Həmin gün Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin Kiyevə yeni hərbi yardım tranşı ilə bağlı razılığa gələ bilmədikləri öyrənilib.
Bundan əvvəl Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Boka bildirib ki, Budapeşt Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının altı ay gecikdirilməsini istəyib.
//Gülnarə Abasova, Editor.az

