Macarıstan Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenə qarşıbackend

Macarıstan Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen mandatı başa çatdıqdan sonra vəzifəsini tərk etməlidir.

Nazirin sözlərinə görə, onun sədrliyi dövründə Avropa İttifaqının (Aİ) təhlükəsizlik və iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə pisləşib.

“Yaxşı olardı ki, mandatı başa çatdıqdan sonra o, artıq nə xarici siyasət, nə iqtisadiyyat və ya təhlükəsizlik sahəsində Avropadakı vəziyyətlə bağlı heç bir bəyanat verməsin və ya qərar qəbul etməsin”.

Editor.az bildirir ki, bu sözləri Siyarato Budapeştdə Çaddan olan həmkarı Mahamat Saleh Annadif ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Martın 6-7-də Rumıniyada keçiriləcək Avropa Konqresində Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizədin rəsmi irəli sürülməsi nəzərdə tutulub.

Sədr Aİ ölkələrinin hökumətləri tərəfindən seçilir, sonra isə Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. Fevralın 19-da Ursula fon der Leyen yenidən Avropa Komissiyasının rəhbəri seçilmək niyyətində olduğunu açıqlayıb.

//Samir Qurbanov, Editor.az