Macarıstan Avropa Parlamenti seçkilərinin Ukraynaya sülh gətirəcəyinə ümid edirbackend

Macarıstan Avropa Parlamenti seçkilərinin Ukraynaya sülh gətirəcəyinə ümid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Budapeşt ümid edir ki, Avropa Parlamentinə seçkilər Ukraynada sülhün bərqərar olması istiqamətində mövqeyini gücləndirəcək.

Editor.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“İsveçin NATO-ya qoşulmasının gərginliyin artmasına səbəb olacağını düşünmürəm, lakin ümid edirəm ki, qarşıdan gələn Avropa Parlamentinə seçkilər sülh tərəfdarı siyasətçilərin mövqeyini gücləndirəcək”, – diplomat bildirib.

Onun sözlərinə görə, sülhsevər siyasətçilərin Avropada keçirilən milli seçkilərdə qalib gələ biləcəkləri məsələsi də münaqişənin həllində mühüm rol oynayır. Əvvəlki gün Macarıstanın xarici işlər naziri Szijyarto bildirib ki, Macarıstan Moskva ilə Kiyev arasında danışıqların mümkün qədər tez başlamasında israrlıdır.

//Gülnarə Abasova, Editor.az