Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarına gəlibbackend

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın dövlət naziri və hökumət sözçüsü Qergeli Qulyas bəyan edib ki, ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq barədə qərar qəbul edib və bu gün müvafiq prosedura başlanacaq.

Editor.az bu barədə Macarıstanın MTI xəbər agentliyinə istinadla məlumat verir.

“Hökumət Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarına gəlib. Konstitusiya və beynəlxalq hüquq çərçivəsində səlahiyyətlərə xitam verilməsi proseduru cümə axşamı hökumət tərəfindən başlanacaq”,- açıqlamada deyilir.

Qeyd edək ki, bəyanatın 2024-cü ilin noyabrında BCM-nin həbsinə order verdiyi İsrailin baş naziri Benyamin Netanyahunun Macarıstana səfəri davam edərkən verilib. Araşdırmaya səbəb Netanyahunun Qəzza zolağında hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətməsi iddiaları olub. Məhkəmə Netanyahu ilə yanaşı keçmiş müdafiə naziri Yoav Galantın da həbs olunmasını istəyir.

Macarıstanın Baş naziri Viktor Orban Netanyahunu 2024-cü ilin noyabrında ölkəyə dəvət etmək və BCM qərarının öz ərazisində həyata keçirilməməsini təmin etmək niyyətində olduğunu açıqlayıb.

Gergely Gulyas Macarıstanın BCM-nin yaradılması statusunu təsdiq etmədiyini, buna görə də İsrailin baş nazirinin həbs qorxusu olmadan ölkəyə təhlükəsiz səfər edə biləcəyini bildirib.

//Gülnarə Abasova, Editor.az