Macarıstan hökuməti ölkəni Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxarmaq qərarına gəlib. Bu barədə Macarıstanın baş nazirinin ofisi məlumat yayıb.
“Hökumət Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarına gəlib. Konstitusiyaya və beynəlxalq hüquq normalarına uyğun olaraq səlahiyyətlərə xitam verilməsi proseduru cümə axşamı hökumət tərəfindən başlanacaq”, – baş nazirlik aparatının rəhbəri Qergeli Huyas bildirib.
Administrasiya rəhbəri qeyd edib ki, “əvvəllər hörmətli” BCM siyasiləşmiş quruma çevrilib. Bu tezisin dəstəklənməsi üçün arqument kimi o, İsrailin baş naziri Benyamin Netanyahu üçün BCM-nin həbsinə order verilməsini göstərib ki, bunu da Macarıstan administrasiyası qəbuledilməz hesab edir.
Xatırladaq ki, bu gün səhər saatlarında, aprelin 3-də İsrailin baş naziri Benyamin Netanyahu BCM-nin həbs qərarına baxmayaraq, həyat yoldaşı Sara ilə birlikdə Budapeştə gəlib.
//Samir Qurbanov, Editor.az