Macarıstan, Ukrayna Silahlı Qüvvələrinin Səhra Qoşunlarında xidmət edən, etnik macar və ikiqat vətəndaşlığı olan bir şəxsin ölümündən sonra Ukraynanın üç hərbi vəzifəlisinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Telex nəşri məlumat yayıb.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, sanksiyalar aşağıdakı şəxsləri əhatə edir:
Ukrayna Silahlı Qüvvələrinin Səhra Qoşunları Komandanlığının Kadrlar İdarəsinin rəisi, polkovnik Vitali Tkaçenko;
“Qərb” əməliyyat komandanlığının rəhbəri, briqada generalı Vladimir Şvedyuk;
Müdafiə Nazirliyinin Səfərbərlik Departamentinin rəhbəri, polkovnik Roman Yuzvenko.Adı çəkilən hərbi vəzifəlilərin Macarıstan ərazisinə girişinə qadağa qoyulub.
Nazir Siyarto, Ukrayna ilə münasibətlərin daha da pisləşəcəyi təqdirdə “böyük problemlər” olacağı barədə xəbərdarlıq edib. O, eyni zamanda xatırladıb ki, Macarıstan Ukraynaya Avropa qazı və elektrik enerjisinin əsas tranzit ölkəsidir.
//Samir Qurbanov, Editor.az

