Macarıstan İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üçün növbədənkənar iclas keçirməyəcəkbackend

Macarıstan İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üçün növbədənkənar iclas keçirməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üçün növbədənkənar iclas keçirməyəcək – Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri

Macarıstan hökuməti İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üçün parlamentə növbədənkənar iclas keçirməyi təklif etməyəcək.

Editor.az bildirir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Sijarto Bəhreyndən olan həmkarı, Budapeştə səfərə gəlmiş Əbdüllətif bin Rəşid əl-Zayani ilə danışıqlardan sonra jurnalistlərlə görüşündə deyib. Xarici işlər naziri qeyd edib ki, fevralın sonunda parlamentin yaz sessiyasının başlamasına çox az vaxt qalıb.

“Buna görə də, fövqəladə iclas çağırmaq üçün heç bir səbəb görmürəm” – deyə Siyarto macar deputatların İsveçin NATO-ya müraciətini təsdiqləməsi perspektivləri barədə suala cavab verib. Nazir əlavə edib ki, biz sessiyanın başlamasını gözləməliyik və görməliyik ki, parlament rəhbərliyi İsveçin Şimali Atlantika Alyansına qəbulu ilə bağlı sənədlərin ratifikasiyası üçün səsverməni hansı günə təyin edəcək.

//Samir Qurbanov, Editor.az