Macarıstan İsveçin NATO-ya doğru yolunu kəsmək niyyətindədirbackend

Macarıstan İsveçin NATO-ya doğru yolunu kəsmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan İsveçin NATO-ya üzvlüklə bağlı müraciətini təsdiqləməyə bilər.

Editor.az bildirir ki, Macarıstan parlamentinin spikeri Laslo Kyover, HirTV kanalında xəbər verdiyi müsahibəsində bununla bağlı sualı cavablandırarkın, məsələyə şübhə ilə yanaşdığını deyib.

“Buna səs verməli olduğumuzdan əmin deyiləm. Düşünürəm ki, bir kiçik filmin bizim haqqımızda və vətənpərvərliyimizlə bağlı əks etdirdiyi fikirlərə sahib olan müttəfiqə ehtiyacımız yoxdur.

Bəs biz müttəfiqdə nə axtarmalıyıq? Beləliklə kimlərsə yerində deyil”, – Macarıstan parlamentinin sədri bildirib. “Siniflərdə isveçli məktəblilərə Macarıstanda son illərdə demokratiyanın tənəzzülə uğradığı haqda film nümayiş etdirilir”.

Bundan əvvəl ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirmişdi ki, bu cür maarifləndirici materiallar Macarıstanı İsveçin alyansa müraciətini ratifikasiya etməyə sövq etmir.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban ölkənin İsveçin NATO-ya üzvlüyünü dəstəkləməsindən danışsa da, Macarıstan parlamentinin bu məsələyə münasibəti birmənalı deyil.

Stokholm Şimali Atlantika Alyansının iki ölkəsi – Macarıstan və Türkiyənin təsdiqini gözləyir; NATO-nun qalan üzvləri artıq ərizəni ratifikasiya ediblər.

//Samir Qurbanov, Editor.az