İsveçin baş naziri Viktor Orban Budapeştin İsveç baş naziri Ulf Kristersson ilə görüşü öncəsi İsveçlə müdafiə sənayesi sahəsində müqavilə imzalayacağını bildirib.
Editor.az bu barədə Reuters-ə istinadla yazır.
“Biz Macarıstanın böyüklüyünü nəzərə alaraq bütün həll edilməmiş məsələləri bağlayacağıq və müdafiə sənayesində ciddi müqavilə imzalayacağıq, həmçinin hərbi əməkdaşlıqla bağlı bəzi həll yolları və ya məqsədləri müəyyənləşdirəcəyik”, – Orban bildirib. O, həmçinin bildirib ki, bazar ertəsi Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü nəhayət təsdiq edəcək.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Macarıstan parlamenti fevralın 26-da başlayacaq yaz sessiyasında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi təsdiq edəcək.
//Gülnarə Abasova, Editor.az

