Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, NATO daxilində alyansla Rusiya arasında istənilən münaqişənin üçüncü dünya müharibəsinə səbəb olacağına inanan çoxluq var.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
“Ona görə də NATO Ukrayna tərəfində müharibəyə müdaxilə etsə, III Dünya Müharibəsi riski yaranacaq. NATO Ukraynanı qəbul etsə, Rusiya ilə daimi münaqişə vəziyyətində olacaq ki, bu da III Dünya Müharibəsi təhlükəsini davam etdirəcək. Ona görə də bundan qaçmaq lazımdır”, – Macarıstanın baş naziri TV2-də deyib.
Rusiya prezidenti Vladimir Putin iyunun 20-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında üçüncü dünya müharibəsi təhlükəsindən narahat olduğunu etiraf edib. O, həmçinin qeyd edib ki, Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsini narahatlıqla izləyir.
//Gülnarə Abasova, Editor.az