“Macarıstan öz maraqlarını müdafiə edəcək qədər müstəqil ölkədir. Rusiya tərəfi Avropada qərar qəbuletmə praktikasına dair mətbuatda gedən xəbərləri diqqətlə oxuyur”.
Editor.az xəbər verir ki, bu barədə brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov vurğulayıb ki, Macarıstan və öz maraqlarını müdafiə edən bəzi digər dövlətlərin rusiyapərəst olduğunu düşünməməliyik.
“Onlar rusiyapərəst deyillər, sadəcə olaraq öz maraqlarını müdafiə edəcək qədər şüurlu və müstəqildirlər. Yəqin ki, bu, Avropa İttifaqı məsələsidir, Macarıstanın Avropa Komissiyası ilə münasibətləri bizim işimiz deyil”, – Kreml nümayəndəsi əlavə edib.
//Gülnarə Abasova, Editor.az

