Macarıstan parlamenti NATO-nun genişlənməsi ilə bağlı səsverməni iki həftə təxirə salıbbackend

Macarıstan parlamenti NATO-nun genişlənməsi ilə bağlı səsverməni iki həftə təxirə salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan parlamentində Finlandiya və İsveçin NATO-ya üzvlüyünün təsdiqi ilə bağlı səsvermə təxminən iki həftə təxirə salınacaq.

Editor.az xəbər verir ki, bu barədə Macarıstanın HVG qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Macarıstanın hakim partiyası “Fidesz” hələlik məsələ ilə bağlı qərar qəbul etməyib. Partiya rəhbərliyi NATO-nun genişlənməsi məsələsini martın 20-dən başlayaraq həftə ərzində müzakirə etməyi təklif edir.

Xatırladaq ki, ötən gün Macarıstanda İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı parlament müzakirələri aparılıb. Macarıstanın Mi Hazánk (Bizim Vətən) partiyasının nümayəndəsi Elod Novak bildirib ki, qrup NATO-nun genişlənməsinə veto qoymağı təklif edib, bu, təxribat və dünya müharibəsinə doğru addım olacaq.

Qeyd edək ki, Macarıstan Finlandiya və İsveçin NATO-ya üzv olmaq ərizəsi ilə bağlı qərarını dəfələrlə gecikdirib.

//Gülnarə Abasova, Editor.az