Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Sijarto Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın telefon danışığından danışıb.
Editor.az xəbər verir ki, o, bu görüşün ardınca uğurlu danışıqların baş tutacağını və Avropada sülh ümidinin gerçəkləşəcəyini söyləyib.
“Bu gün Donald Tramp və Vladimir Putin arasında telefon danışığından sonra biz bu ümidin reallaşmasına daha böyük bir addım atdıq. Biz inanırıq ki, danışıqlar uğurlu olacaq və üç il ərzində Mərkəzi Avropaya sülh qayıda bilər”, – o, telefon danışığından sonra deyib.
//Gülnarə Abasova, Editor.az

