Macarıstan Rusiya Federasiyasını təcavüzkar dövlət kimi tanıyır – Vladimir Zelenskibackend

Macarıstan Rusiya Federasiyasını təcavüzkar dövlət kimi tanıyır – Volodimir Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Ukrayna və Macarıstan qarşılıqlı addımlar atıblar.

Editor.az bildirir ki, o, bunu iyunun 3-də “Bloomberg” agentliyinə müsahibəsində Macarıstanın baş naziri Viktor Orbanın Kiyevə səfərini şərh edərkən deyib: “Orbanın gəlməsi yaxşı siqnaldır.

Bu, heç bir dialoqun olmamasından yaxşıdır. Bu, bizim üçün vacibdir – axı biz qonşularıq. Mən bir neçə dəfə ölkələrimiz arasında münasibətləri daha da sıxlaşdırmağa çalışdım və nəhayət buna nail olduq.

Mən bilmirəm gələcəkdə necə olacaq, bunu söyləmək mənim üçün çətindir, amma bunlar bir-birinə qarşı yaxşı, isti addımlardır”. Onun sözlərinə görə, arzuolunandır ki, qonşular blok olmasın, ünsiyyət qurub bir-birinə dəstək olsunlar: “Mən çox şadam ki, Macarıstan artıq Aİ-yə gedən yolda Ukraynanı dəstəkləyir… Macarıstanın Rusiya Federasiyasını təcavüzkar kimi, həmçinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıması vacibdir”, – deyə Zelenski bildirib.

//Samir Qurbanov, Editor.az