Macarıstan: Rusiya ilə mədəni əlaqələrimiz kəsilə bilməzbackend

Macarıstan: Rusiya ilə mədəni əlaqələrimiz kəsilə bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan parlamentinin sədr müavini Şandor Lezhak Rusiya Mədəniyyət Mərkəzində keçirilən VI Rusiya Musiqi Festivalının və bəstəkar Sergey Prokofyevin həyat və yaradıcılığına həsr olunmuş sərginin açılışında iştirak edib.

Editor.az xəbər verir ki, Macarıstan parlamentinin sədr müavini Lezhak iştirak etdiyi açılışda RİA Novosti-yə müsahibəsində Rusiya-Macarıstan mədəni əlaqələrinin kəsilmədiyini və həmişə mövcud olacağını bildirib.

Lezhak çıxışında “Rusiya-Macarıstan mədəni əlaqələri həmişə mövcud olacaq. Onlar çoxdan var, indi də mövcuddur. Prinsipcə, o qədər də yüksək deyil, o qədər də aşkar deyil, lakin bu əlaqələri heç nə poza bilməz”,- deyib.

Qeyd edək ki, Rusiyanın Budapeştdəki səfiri Yevgeni Stanislavov əvvəlki müsahibəsində Macarıstanın rus mədəniyyətinin çıxarılmasını dəstəkləyən ölkələrdən biri olmadığını və mütəmadi olaraq bu ölkədə rus mədəni irsi ilə bağlı tədbirlər təşkil etdiyini bildirmişdi.

//Gülnarə Abasova, Editor.az