Macarıstanın xarici işlər naziri Szijarto Rusiya-Ukrayna danışıqları üçün Macarıstanın platforma olmağa hazır olduğunu bəyan edib.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir. Szijjarto onu da qeyd edib ki, Tramp hər iki tərəfi danışıqlar masası arxasına gətirə biləcək yeganə şəxsdir.
Macarıstanın xarici işlər naziri Peter Szijjarto açıqlamasında deyib: “Müharibə başlayandan iki gün sonra mən cənab (Rusiya xarici işlər naziri Sergey) Lavrov və Ukrayna Prezident Aparatının rəhbəri cənab (Andrey) Yermakla əlaqə saxladım. Mən Macarıstanın danışıqları asanlaşdırmağa hər zaman hazır olduğunu, Macarıstanda hər iki tərəfə bərabər şəraitin, bərabər təhlükəsizlik və bərabər şansların veriləcəyi istənilən yeri təklif etməyə həmişə hazır olduğumuzu söylədim. Bizə ehtiyacınız varsa, biz sizin xidmətinizdəyik”.
//Gülnarə Abasova, Editor.az

