Macarıstan Rusiyaya yönəli heç bir sanksiyaya qoşulmayacaqbackend

Macarıstan Rusiyaya yönəli heç bir sanksiyaya qoşulmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Rusiyanın neft, qaz və nüvə enerjisinə qarşı istənilən sanksiyaları rədd edir.

Bu, Budapeşt üçün “qırmızı xətt” olacaq. Editor.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. O, həmçinin bildirib ki, Macarıstan Rusiyadan özünün Pakş AES üçün nüvə yanacağının ilk partiyasını təyyarə reysi ilə alıb, çünki Ukraynadakı müharibə onun dəmir yolu ilə daşınmasını mümkünsüz edib.

“Yanacaq (Pakşdakı zavod üçün) həmişə Ukraynadan keçməklə Rusiyadan dəmir yolu ilə gəlib, təəssüf ki… bu, artıq mümkün deyil, ona görə də biz alternativ çatdırılma yolunu axtarmalı olduq”, – Siyarto bildirib. Onun sözlərinə görə, nüvə yanacağının partiyası Macarıstana Belarus, Polşa və Slovakiyanın hava məkanı vasitəsilə hər üç ölkənin razılığı ilə çatdırılıb, çünki nüvə enerjisi Avropa İttifaqının heç bir sanksiyasına məruz qalmır. Xatırladaq ki, 2014-cü ildə nüvə nəhəngi Rosatom-a tendersiz verilmiş layihə tez-tez Macarıstanın baş naziri Viktor Orban və Rusiya prezidenti Vladimir Putin arasında isti əlaqələrin əlaməti kimi qeyd edilir.

Editor.az