Macarıstan- Serbiya sərhəddində miqrantlara qarşı zorakılıqbackend

Macarıstan- Serbiya sərhəddində miqrantlara qarşı zorakılıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya-Macarıstan sərhəddində sərhəddi qanunsuz keçmək istəyən miqrantlara qarşı zorakılıq törədilib. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Macarıstan təhlükəsizlik qüvvələri sərhəddi keçmək istəyən şəxslərə qarşı dəyənəklərdən və gözyaşardıcı qazlardan istifadə ediblər. Bu barədə Sərhədsiz Həkimlər Təşkilatının (MSF) Serbiya üzrə təmsilçisi Andjela Mersecedik bildirib. O, qeyd edib ki, miqrantlar yenidən Serbiyaya göndərilib. Zorakılıq nəticəsində onlarda fiziki problemlərlə yanaşı psixoloji problemlər də yaranıb.

Sərhədsiz həkimlər Təşkilatının məlumatına görə 2021-ci ilin yanvarından bəri Macarıstan-Serbiya sərhədində fiziki zorakılığa məruz qalmış 423 xəstə müalicə edilib.

//Nəzərbəy Hacıağayev, Editor.az